Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda
oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və
fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və
ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi
mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas
məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından
tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni
nəslə kömək etməkdən ibarətdir.